"Biz burada hakim deyilik, amma vəkilik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiya-Ukrayna müharibəsi ilə bağlı Kiyevi niyə müdafiə etmələri barədə suala cavabda deyib.

Nazir bildirib ki, ABŞ Rusiya-Ukrayna müharibəsini bitirmək üçün 28 maddəlik plan hazırlayıb: "Biz də bu planı dəstəkləyirk. Lakin biz bunu yekun sənəd hesab etmirik. sözsüz ki, plan və onun detalları müzakirə olunmalı və son qərarı Ukrayna və onn xalqı verəcək. Bizim işimiz isə Ukraynanı haqlı mövqeyində qətiyyətlə dəstəkləməkdir. Dediyim kimi, son qərarı Kiyev verəcək. Biz burada hakim deyilik, amma Ukraynanın vəkili, müdafiəçiləriyik. Çünki Ukrayna özü ilə yanaşı, Avropanın da azadlığını müdafiə edir".

Lamiyə Əhmədli
MİA.AZ