Son vaxtlar hava limanları yaxınlığında tez-tez görünən naməlum dronlarla bağlı problemlər yaşanan Belçikada bu dəfə hava limanlarının işçiləri etiraza qalxıblar.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu səbəbdən Belçikanın Şarlerua Hava Limanı 26 noyabr tarixinə planlaşdırılan bütün uçuşları ləğv edib.
Məlumata görə, uçuşların ləğvi 26 noyabr tarixində ölkə boyunca planlanlanan etiraz tətilinə hava limanı işçilərinin də qartılma qərarı vermələri olub.
Hava limanından bildirilib ki, bu qərardan sonra 26 noyabr tarixi üçün bütün uçuşlar təxirə salınıb.
Digər məlumatda deyilir ki, bu hava limanı ilə yanaşı, Brüssel Hava Limanı da uçuşları dayandıracaq.
Xatırlaadq ki, Belçikadakı həmkarlar ittifaqları hökumətin sərt iqtisadi tədbirlərinə etiraz olaraq 24, 25 və 26 noyabr tarixlərində üç günlük etiraza başlayacaqlar.
Lamiyə
MİA.AZ