Kanadanın Britaniya Kolumbiyasında bir qrup müəllim və şagirdə ayı hücumuna məruz qalıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə dünən baş verib.
Bildirilib ki, dünən günortadan sonra Vankuverdən 700 kilometr şimal-qərbdə yerləşən Bella Coola ərazisindəki yürüyüş yolunda bir ayı bir qrup müəllim və şagirdə qəfildən hücum edib: "Hücum nəticəsində 11 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti çox ağırdır"
Məlumata görə, yaralıların hamsı xəstəxanaya yerləşdirilib.
Tahir Şəlvəli
MİA.AZ