Rusiya ordusu Ukraynaya hücumu gücləndirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən bildirilib ki, son bir həftə ərzində Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojye və Donetsk vilayətlərindəki 16 yaşayış məntəqəsi ələ keçirilib: "Qoşunlarımız Dnepropetrovsk bölgəsindəki Qay, Neçayevka və Radostnoye, Zaporojye bölgəsindəki Yablokovo, Rovnopolye, Veseloye və Malaya Tokmaçka, Donetsk Xalq Respublikasındaki Platonovka, Novoselovka, Stavki, Maslyakovka və Yampol və Xarkov bölgəsindəki Dvureçanskoye, Tseqalnoye, Petropavlovka və Kupyansk qəsəblərini nəzarətə götürüblər".
Tahir Şəlvəli
MİA.AZ