“Nəriman Həsənzadə hazırda Mərkəzi Klinik Xəstəxanadadır, müalicəsi davam edir”.
Bu sözləri Xalq şairinin köməkçisi Arif Mehmandost “Qafqazinfo”ya açıqlamasında deyib.
“Ona böyrək çatışmazlığı diaqnozu qoyulub. Böyrəyindən müalicə alır. Hazırda vəziyyəti yaxşıdır. İnşallah, hər şey də yaxşı olacaq”, - o qeyd edib.
Xatırladaq ki, 94 yaşlı N.Həsənzadə ötən gün xəstəxanaya yerləşdirilib.