Türkiyənin Aydın şəhərində Atatürkü təhqir edən dindar saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Bülent Yıldırım adlı dindar sosial media hesabında bir neçə dəfə Atatürk haqqında təhqiramiz şərh və statuslar paylaşıb.

Məlumata görə, bu səbəbdən o, Aydında saxlanılıb: "Prokurorluqda ifadəsi alındıqdan sonra Bülent Yıldırım məhkəməyə sövq edilib. Hakim onun barəsində həbs qətimkan tədbiri seçib."

Xəbərdə o da deyilir ki, ifadəsində o, peşman olduğunu bildirib.

Firudin Səfərli
MİA.AZ