Rusiya ordusu Zaporojye bölgəsində irəliləyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya qüvvələrinin Ukraynadakı cəbhə xətti boyunca inamla irəlilləyir: "Bu gün hərbçilərimiz Zaporojye bölgəsindəki Veseloye yaşayış məntəqəsini ələ keçirib..."

MN-dən o da bildirilib ki, son 24 saat ərzində Britaniya istehsalı olan dörd "Fırtına Kölgəsi" qanadlı raketi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Xatırladaq ki, Rusiya ordusu iki gün əvvəl Xarkov bölgəsindəki Tseqalnoye, Dnepropetrovsk bölgəsində isə  Neçayevka yaşayış məntəqəsinidə ələ keçirib.

Samir Musayev
MİA.AZ