Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) valyuta və qızıl ehtiyatları bir həftə içində artıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu haqda TCMB həftəlik hesabat açıqlayıb.
Hesabatda bildirilib ki, əvvəlki həftə ilə müqayisədə valyuta ehtiyatı 2,385 milyard dollar artaraq 187,432 milyard dollara çatıb: "Son həftədə qızıl ehtiyatları 4,327 milyard dollar artaraq 107,389 milyard dollara yüksəlib".
Samir
MİA.AZ