2025-ci ildə Estoniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 14,985 milyon ABŞ dolları təşkil edib.

İnvestisiyaların həcmi il ərzində 122,82 dəfə və ya 14,863 milyon ABŞ dolları artıb.

Bu göstərici 2024-cü ildə 122 min ABŞ dolları olub.

Estoniyadan gələn investisiyaların Azərbaycana yatırılan ümumi birbaşa xarici investisiyaların həcmindəki payı 0,2 % təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları təşkil edib (il ərzində 6,4 % azalıb), Azərbaycan isə xaricə 2,528 milyard dollar investisiya yatırıb (43,4 % artımla)./Report