İndoneziyada vulkan püskürməsi nəticəsində ölüm təhlükəsiylə üzləşən alpinistlər xilas olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Bildirilib ki, dünən vulkan püskürməsindən sonra dağ yolunda 2400 metr yüksəklikdə çarəsiz qalan 178 nəfər xilas olunub.
Tahir Şəlvəli
MİA.AZ