Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Mia.az xəbər verir ki, bu mərhələdə Həsənrizə 22 ailə (92 nəfər), Vəngliyə isə 4 ailə (11 nəfər) köçürülüb.

Bununla Həsənrizdə məskunlaşan ailələrin sayı 227-ə (856 nəfər), Vəngliyə köçürülən ailələrin sayı isə 100-ə (385 nəfər) çatacaq.