Xocavənd rayonunun Hadrut qəsəbəsinə növbəti köç olub.

Mia.az xəbər verir ki, bu dəfə Hadruta 63 nəfərdən ibarət olan 17 ailə köçürülüb.

Bununla Hadruta köçürülən ailələrin sayı 27-yə (104 nəfər) çatıb.

Məlumat üçün qeyd edək ki, köçürülən hər bir ailə dövlət tərəfindən mənillə təmin olunur.

MİA.AZ