Tiangong kosmik stansiyasında olan üç çinli astronavt evə qayıda bilmir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb geri dönüş kapsulasının zədələnməsidir.
Məlumata görə, Zhang Lu, Vu Fei və Zhanq Honqzhanq ötən cümə günündən bəri stansiyada qalıblar.
Çin Kosmik Gəmi Agentliyindən (CMSA) bildirilib ki, geri dönüş kapsulasının zədələnməsi qəza nəticəsində yaranlıb: "Kapsula çox kiçik kosmik parça ilə toqquşmada zədələnib. Nəticdə baxış pəncərəsində çat yaranıb. Hazırda ehtiyat vasitəni təhlükəsiz şəkildə buraxılış üzərində çalışırıq. Böyük ehtimalla biz bunu noyabrın 25-də edəcəyik"
Tahir Şəlvəli
MİA.AZ