İstanbulda restoranlarda yeni qayda tətbiq olunacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda İstanbul valisi Davut Gül bir ailənin səhər yeməyindən zəhərlənərək ölmələrindən sonra qərar qəbul edildiyini bildirib.

O bildirib ki, bundan sonra qida təhlükəsizliyi və haqlı-haqsız tərəfləri daha operativ müəyyən etmək üçün bütün kafe, restoran və digər bu kimi iaşə obyektlərində müştərilələr personal arasındakı danışıqlar qeydə alınacaq: "Yazılacaq səs və videogörüntülər ən azı 30 gün saxlanılacaq. Əksini edən bütün obyekt sahibləri gərəkli cəzaları alacaqlar".

Zülfiyyə Mustafeyava
MİA.AZ