"Beşiktaş" klubu bir aya yaxındır komandadan getməyə can atan portuqalyalı futbolçu Rafa Silva ilə bağlı bu gün daha bir açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfəki açıqlamada yenə də Rafa Silvanın bel ağrısından əziyyət çəkdiyi vurğulanıb.

Bildirilib ki, dünən aparılan MRT müayinəsində bel ağrısının bu gün nəticəsi bəlli olub: "Belində hər hansı bir patoloji aşkarlanmayıb. Həkimlər müalicəyə başlayıblar".

Açıqlamada 32 yaşl oyunçunun nə zaman meydana dönəcəyi haqqında isə infortmasiya verilməyib.

Zülfiyyə Mustafeyava
MİA.AZ