Türkiyə Futbol Federasiyası mərc oyunlarına pul qoyan futbolçuları cəzalandırmağa davam edir.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Futbol Federasiyası az əvvəl açıqlama yayıb.
Bildirilib ki, 3-cü liqada çıxş edən 638 oyunçu barədə də araşdırma yekunlaşıb: "Həmin 638 oyunçudan 637-si 45 gündən 12 aya qədər cəza alıb. Bertu Alican Özyürek 5 il əvvəl futbol qumar oyununda iştirak etdiyi üçün müddət məsələsinə görə cəzalandırılmayıb. Beləliklə, araşdırılmaya cəlb olunmuş 1024 oyunçudan 1020-si cəza alıblar".
Xəbərdə o da deyilir ki, "Beşiktaş"ın futbolçuları Necip Uysal və Ersin Destanoğlunun dosyeləri barəəd araşdırma isə yekunlaşmayıb.
Fərid ASLAN
MİA.AZ