Polşa hökuməti ölkədəki dəmir yolu xəttindəki partlayşda günahlandırdığı Rusiyaya qarşı sərt addım atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski açıqlama verib.
O, dəmir yolu təxribatına cavab olaraq Rusiyanın ölkədəki son konsulluğu olan Qdansk konsulluğunun qapadılmasına qəra verildiyini deyib. Sikorskinin sözlərinə görə, Rusiyaya dəfələrlə xəbərdarlıq olunuub ki, əgər ölkəsinə qarşı düşmənçilik hərəkətlərini dayandırmasa, diplomatik və konsulluq iştirakı tamam kəsiləcək: "Ancaq Rusiya Polşaya qarşı təxribat hücumlarından əl çəkməyib, əksinə onları gücləndirir. Təəssüf ki, casusluq və təxribat fəaliyyətləri insan itkisinə səbəb olub. Ki, bu da artıq sadəcə təxribat deyil, həm də dövlət terrorizmidir. O səbəbdən Polşadakı son Rusiya konsulluğu Qdanskin fəaliyyətinə bundan sonra icazə verməmək qərarına gəldik. Qərar rəsmi nota ilə Rusiya tərəfinə çatdırılıb"
Məlumatda deyilir ki, hələlik Polşada yalnız paytaxt Varşavadakı Rusiya səfirliyi fəaliyyət göstərəcək.
Xatırladaq ki, noyabrın 16-da yerli vaxtla səhər saat 7:00 radələrində Varşava ilə Lyublin arasındakı dəmir yolu xəttində işləyən qatarın maşinisti dəmir yolunda zədələnməni görüb və bu barədə mərkəzi stansiyaya məlumat verib. Daha sonra isə o xəttə partlayış yaşanıb. Polşa bu məsələdə açıq şəkildə Moskvanı günahlandırıb.
Samir MUSAYEV
MİA.AZ