Sinqapurun hava limanında iyirmi kərgədan buynuzu aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Sinqapurun Çanqi hava limanında Laosun paytaxtı Vyentyan şəhərinə gedən sərnişinin yükü şübhəli hesab olunduğundan xüsusi yoxlanılıb.
Məlumata əsasən, yoxlama zamanı çəkisi 35,7 kiloqram, dəyəri isə 800.000 dollardan çox olan 20 kərgədan buynuzu aşkarlanıb: "Araşdırmalarla kərgədan buynuzlarının Cənubi Afrika ağ kərgədanlarına aid olduğunu təsdiqlənib. Xüsusi bağlamalarda buynuzlarla yanaşı, kərgədan sümükləri, dişləri və caynaqlar da daxil olmaqla 150 kiloqram çəkisində hissələri də aşkar olunub. Qərarla onlar müsadirə olunub".
Məlumatda o da deyilir ki, nəsli kəsilməkdə olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiya (CITES) çərçivəsində qorunan heyvanların Sinqapurdan icazəsiz daşınması 200.000 Sinqapur dollarına (153.680 dollar) qədər cərimə və hər nümunə üçün səkkiz ilə qədər həbs cəzası ilə nəticələnir.
Tahir Şəlvəli
MİA.AZ