İsrail ordusu atəşkəs anlaşmasına rəğmən, son bir ayda Livanın cənubuna tez-tez zərbələr endirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Livana Nəbatiyə əyalətində hərəkətdə olan bir maşın dronla vurulub.

Məlumata görə, zərbə nəticəsində nəqliyyat vasitəsində olann 12 nəfərdən biir ölüb, 11-i isə ağır yaralanıb.

Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, hadisə Nəbatiyə şəhərinin Bint Cbeil rayonundan Tayriyə gedən yolda baş verib: "Hücum zamanı bir neçə şagirdlə yanaşı, vurulan nəqliyyat vasitəsinin yaxınlığından keçən məktəb avtobusunun sürücüsü də yaralanıb. Ümumilikdə 1 nəfər həlak olub, 11 yaralı var"

Tahir Şəlvəli
MİA.AZ