"Paco, Paco, Paco" mahnısı ilə dünyaca məşhur olan ispan müğənni Enkarnita Polo İspaniyadakı qocalar evində öldürülüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 86 yaşlı müğənnini Madriddən təxminən iki saatlıq məsafədə yerləşən Avila şəhərindəki Qocalar evinin 80 yaşlı sakini olan kişi boğub.
Məlumata görə, Sevilyada anadan olmuş məşhur müğənni və aktrisa uzun müddət əvvəl həmin Qocalar Evində yaşayırmış.
Yerli polisdən bildirilib ki, ruhi problemləri olan şübıəli şəxs psixiatrik şöbəyə yerləşdirilib: "Faktla bağlı ətraflı araşdırma başlayıb".
Ləman
MİA.AZ