Türkiyədə daha bir kütləvi zəhərlənmə hadisəsi baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kayseri şəhərinin Bünyan rayonunda toyda yaşanıb.
Məlumata görə, günorta toyda verilən yeməkləri yeyən 74 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib: "Onlardan 71-i axşama doğru evə vburaxılıblar. 4 nəfərin müalicəsi isə davam edir. Hadisə ilə bağlı araşdırma davam edir. Toyda verilən yemək və içkilərdən nümunələr götürülərək ekspertizaya göndərilib".
Firudin Səfərli
MİA.AZ