Konqo Demokratik Respublikasında çökmüş mis mədəni ərazisindən geri dönən təyyarə paytaxt hava limanında uçuş-enmə zolağında qəzaya uğrayaraq alovlanıvb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə anında təyyarəyə sürətlə müdaxilə edən xilasedicilər mədən naziri və onu müşayiət edən şəxslər təxliyə edib.
Məlumata görə, hadisə zaman ölən və yaralananlar olmayb.
Lualaba əyalətinin daxili işlər naziri Roy Kaumba bildirib ki, heyətə dünən Lualaba əyalətinin Kalando bölgəsində mis mədənində baş verən qəzanı araşdırmağa gedibmiş: "Təəssüf ki, mədəndə 32 nəfər ölüb, hələ də dağıntılar altında insanlar qalıb. Mədən nazirimiz və bir çox məmur da bu hadisə ilə bağlı orada olublar. Onların olduğu təyyarə qəzadan sonra alovlanaraq, yararsız hala düşüb. Xoşbəxtlikdən itki yoxdur".
Zülfiyyə Mustafayeva
MİA.AZ

