Noyabrın 13-də sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin 69 yaşını Bakıda dəbdəbəli ad günü məclisi ilə qeyd etməsi barədə məlumatlar yayılıb.
Mia.az-ın məlumatına əsasən, Manset.az yayılan xəbərlə bağlı Əbülfəs Qarayevlə əlaqə saxlayıb.
Keçmiş nazir iddiaları təkzib edərək hazırda ölkə xaricində olduğunu bildirib:
“Mən hazırda Azərbaycanda deyiləm. Bir həftədir Londondayam. Burada mühazirəm olacaq, ona görə də İngiltərəyə gəlmişəm. Burada indi saat 6-dır, indi yuxudan oyanmışam.”
MİA.AZ
Qeyd edək ki, Əbülfəs Qarayev 2006–2020-ci illərdə Mədəniyyət Naziri vəzifəsində çalışıb.