İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Milli Gəlirlər Baş İdarəsində kadr dəyişikliyi olub.

Mia.az “PostMedia”a istinadla xəbər verir ki, İdarə rəisi Fərhad Tofiq oğlu Quliyev vəzifəsindən azad edilib.

Hazırda onun yerinə təyinat yoxdur və bu vəzifəni Dövlət Vergi Xidmətinin rəis müavini icra edir.

Qeyd edək ki, əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin” QSC-nin sədr müavini olan Fərhad Quliyev 2022-ci ildə bu vəzifəyə gətirilmişdi.