Almaniya polisi ölkdə faşist təbliğöatı və üsullarını davam etdirməyə cəhd edən neonasistləri (Neonasist - özlərini Adolf Hitlerin ideologiyasının davamçıları hesab edir- Mia.az) axtarır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müxətlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı irqçilik zəmində zorakılıq etmiş və etməkdə olan ifrat sağçı neonasistlərə qarşı mübarizə gücləndirilib.

Məlumata görə, onlardan bir çoxu həbs olunsa da, hələ də axtarışda olan 535 neonasist tutulmayıb.

Almaniya Daxili İşlər Nazirliyinin məlumata görə, hazırda onların həbsi üçün tədbirlər görülür: "Müəyyənləşib ki, onlardan 115-i xaricə qaçıb..."

Zülfiyyə Mustafayeva
MİA.AZ