"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda səfərdə qarşılaşacağı "Napoli" (İtaliya) ilə oyundan öncə azarkeşlərinə müraciət edib.

Mia.az xəbər verir ki, Ağdam təmsilçisindən asılı olmayan səbəblərdən qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı noyabrın 21-dən etibarən dayandırılacaq.

Hazırda Qarabağ"a dəstək olmaq istəyən azarkeşlər "iTicket.az" portalından onlayın bilet əldə edə bilərlər.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, saat 00:00-da start götürəcək.