Nigeriya millisinin və "Qalatasaray"ın  məşhur hücumçusu Viktor Osimhen zədələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2026-cı il Dünya Kubokunun Afrika Seçmə mərhələsinin pley-off finalında Konqo Demokratik Respublikasına qarşı matça çıxan bu səbəbdən ikinci hissədən meydanı tərk edib.

Mərakeşin Rabat şəhərində oynanılan matçdan sonra Viktor Osimhenın zədəsinin cidd olduğu aydınlaşıb.

Nigeriyanın baş məşqçisi i Erik Çelle deyib ki, Osimhenin durumu müayinədən sonra dəqqiləşəcək.

Oyuna gəldikdə isə əsas və əlavə vaxtlarda 1-1 hesabı ilə başa çatan oyunda qalib penaltilərlə müəyyənləşib. Nigeriya penaltilərdə 4-3 hesabı ilə məğlub olub. Bununla da Konqo Demokratik Respublikası qitələrarası pley-offa vəsiqə qazanıb, Nigeriyanın isə Dünya Kuboku arzuları puç olub.

Fərid ASLAN
MİA.AZ