Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bildirilib ki,nazirliyin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində keçirilmiş attestasiyanın nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə göstərici ilə qiymətləndirilmiş namizədlər üçün təşkil olunan xüsusi müsabiqənin test mərhələsini uğurla keçmiş şəxslər növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. 

Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat 17-22 noyabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən aparılır.