ABŞ-ın Nyu-Cersi ştatında silahlı insident baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Cersi ştatının Nyuark şəhərində naməlum şəxs və ya şəxslər izdihamı atəşə tutub.
İlkin məlumata görə, nəticədə 4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada ölüb: "Çoxlu yaralılar var"
Nyu-Cersi qubernatoru Fil Merfi bildirib ki, öldürülənlərdən biri uşaqdır: "Bu, dəhşətli hadisədir. Hadisədən sonra ərazi nəzarətə götürülüb. Geniş əməliyyat planı davam edir. Cinayətkarlar tapılacaq və layiqli cəzalarını alacaqlar".
Lamiyə Əhmədli
MİA.AZ