Azərbaycan-Fransa oyununu stadionda "Qarabağ" klubunun oyunçularının ailəsi izləyib.

Mia.az xəbər verir ki, Toral Bayramov zədə səbəbiylə millimizin tərkibindən çıxarılsa da, ailəsi ilə birlikdə oyunu stadionda izləyib.

T.Bayramov həmçinin azarkeşlərin ona verdiyi formaları imzalayıb. Oyunçunun azarkeşlərlə təmasına dair maraqlı kadrlar mia.az-ın əməkdaşının obyektivinə tuş gəlib. 

Onu da qeyd edək ki, millinin oyununu həmin tribunadan Ağdam klubunun oyunçusuları Abbas Hüseynov və Musa Qurbanlının da həyat yoldaşları izləyib.

Zülfiyyə MUSTAFAYEVA

MİA.AZ