""Qalatasaray" derbisi çox vacibdir, biz bunun fərqindəyik. Bu, bizim, azarkeşlərimizn üçün çox vacibdir"

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri dekabrın 1-də "Qalatasaray"la derbiyə münasibətdə "Fənərbağça"lı futbolçu Marko Asensio deyib.

O bildirib ki, hazırda Türkiyə Liqasında güclü rəqabət var: "Hər matç çətin olur. Fiziki və taktiki cəhətdən güclü komandalar var. Oynadığımız komandalar rəqabətlidir. Düzünü desəm, bu liqanın yaxşı səviyyədə olduğunu deməliyəm. Bu, oynadığımız matçlarda özünü göstərir".

Futbolçu daha sonra komandanın baş məşqçisini tərifləyib: "Tedesko ilə bir yerdə olmaqdan çox məmnunam. Təlim-məşq toplanışları yüksək keyfiyyətli və intensivdir. Bu, zamanla daha da yaxşılaşacaq. Məşqçimizin müəyyən prinsipləri var. Həm hücumda, həm də müdafiədə güclənəcəəyik".

Zülfiyyə Mustafeyava
MİA.AZ