SOCAR-ın Prezidenti Rövşən Nəcəfovun 7 noyabr 2025-ci il tarixindəki əmrinə əsasən SOCAR- da çalışan işçilərin maaşlarının artırılıb.

Mia.az-ın məlumatlna görə, əmrə əsasən, SOCAR-da çalışan işçilərin tarif (vəzifə) maaşlarının artırılması haqqında SOCAR-da son illərdə əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb:

Bu ənənənin davam etdirilməsi məqsədi ilə SOCAR və Azərbaycan Neft va Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSIHIRK) birgə qarara alırlar:

1. 01 yanvar 2026-ci il tarixdən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə ) maaşları 30% artırılsın.

2. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan işçilərin əməyinin ödənilməsi haqqında Əsasnaməyə, 1, 2,3,4, 6,7, 7a. 7b, 8,9, 10, 11, 12, 13, 14, 16, 18, 59A, 65-1 və 65-2 nömrəli Əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur),

3. Əmr-qərarın icrasına nəzarət Baş ofisin mühasibatlıq və vergi departamentlərinə həvalə edilsin".