Bu mövsüm "Qalatasaray"ın "Hellas Verona"ya icarəyə verdiyi danimarkalı futboçu Viktor Nelson İstanbul klubuna gözlənilməz mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Danimarka mətbuatına müsahibəsində bir daha İstanbul komandasına dönmək istəmədiyini deyib.

Nelson bildirib ki, hazırkı komandasında mövsümün sonunda icarə müqaviləsi bitəndə belə, geri dönməyəcək: "Bu yay nə olacağını görəcəyik, amma gələcəyimin "Qalatasaray"da olmadığını dəqiq deyirəm. Geri qayıtmayacağam!".

Fərid ASLAN
MİA.AZ