"Fənərbağça"da uğursuz oyunları ilə yadda qalan Joze Mourinyo "Benfika"nın sükanı arxasında azarkeşlərin alqışını qazana bilmir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adəti üzrə oyunçuları günahlandıran Joze Mourinyo klub rəhbərliyindən yanvar transfer dönəmi üçün 6 yeni oyunçunun alınmasını tələb etməyə başlayıb.
Portuqaliya mediası yazır ki, o, qış transfer pəncərəsində sol cinah, sağ cinahlar üzrə müdafiə və yarımmüdafiəçilərlə yanaşı, iki hücumçu alınmasını istəyir: "Klub rəhbərliyi ona qədər komandadakı həmin mövqelərdəki futbolçuların məhsuldar oyunlarını xatırladıb və Joze Mourinyoya etiraz ediblər. Lakin o, bu oyunçularla komandanı irəli apara bilməyəcəyini deyib və israrla həmin mövqelərə oyunçu alınmasını tələb edir..."
Xatrladaq ki, Mourinyo Çempionlar Liqasındakı hər üç matçında məğlubiyyətlə üzləşib və bundan sonra yerli media, futbol mütəxəssisləri, xüsusiylə azarkeşlərt onu "topa tutur".
Fərid ASLAN
MİA.AZ