Dünyada indiyə qədər yaşanmayan ən bahalı hərrac keçiriləcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məşhur "Titanik" qəzasında həlak olan ən varlı sərnişinlərdən biri olan İsidor Strausa məxsus qızıl cib saatı 22 noyabrda keçiriləcək hərracda 1 milyon funt sterlinqə (təxminən 2 milyon 230 min manata) satışa çıxarılacaq.

Məlumatda deyilir ki, 14 aprel 1912-ci ildə Sauthemptondan Nyu-Yorka gedən gəmidə həlak olan 1500-dən çox sərnişin arasında Straus və həyat yoldaşı İda da olu: "Strausun cəsədi qəzadan bir neçə gün sonra Atlantik okeanından tapılıb və onun yanında 18 karatlıq qızıl "Jules Jurgensen" cib saatı tapılıb".

Hərracın təşkilatçısı olan Uiltşirdə yerləşən "Henry Aldridge & Son" şirkətinin direktoru Endryu Oldridge deyib ki, bu tarixi hərracda tarixi rekorda imza atılacağını gözləyirlər: "Bu, fövqəladə tarixi bir xatirə əsəridir"

Qeyd edək ki, Bavariyada anadan olmuş iş adamı və siyasətçi İsidor Straus, Nyu-Yorkdakı məşhur Macy's univermaqının həmtəsisçisi idi: "Onlar Nyu-Yorkda çox tanınmış bir cütlük idilər. Ceyms Kameronun "Titanik" filmində gəmi batarkən qucaqlaşan yaşlı cütlük İsidor və İdadır. Onların həyatları da sonradan filmdə ekranlaşdırılıb...".

Ləman
MİA.AZ