Bu gün səhər saatlarında İsrail ordusu Livanın cənubundakı iki şəhərə hava hücumu həyata keçirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Bildirilib ki, İsrail döyüş təyyarələri Aytarun şəhərindəki Hanukka qəsəbəsi ilə Tir şəhərinin Tayrfalsiya qəsəbəsidə bir neçə nöqtəyə zərbə endrib.
Agentlik ölən və yaralananlar haqqında açıqlama verməyib.
İsrail ordususu isə həmin bölgələrdə Hizbullah mövqelərini məhv etdiyini təsdiqləyib.
Tahir Şəlvəli
MİA.AZ