İki gündür davam edən yağışlar Məkkənin cənubunda daşqınlara səbəb olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Məkkənin cənubundakı Deffak və Umm əl-Zelle şəhərlərində küçələr, iş yerləri su altnda qalıb.
Məlumata görə, Məkkənin Deffak-Umm əl-Zelle yolu və yol yaxınlığında geniş bir ərazi gölü xatırladır.
Rəsmilər ölən və yaralananlarn olmadığını açqılayıb: "Dəyən ziyanla bağlı qiymətləndirmə başlayıb"
Tahir Şəlvəli
MİA.AZ