Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq rəsmi Pekin 10 ildən sonra Liviyanın paytaxtı Tripolidəki səfirlik fəaliyyətini yenidən açıb.
Liviya Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən, çinli diploamtalar bu gündən etibarən Tripoliyə köçərək rəsmifəaliyyətə başlayıblar: "Bu, iki ölkə arasında birbaşa ünsiyyəti və əməkdaşlığı gücləndirəcək"
Xatırladaq ki, Liviyada uzun müddət davam edən vətəndaş müharibəsi səbəbindən bir çox ölkə Tripolidəki səfirliklərini bağlayıb. 10 il əvvəl də Çin təhlükəsizliyi əsas gətirərək, diplomatlarını Tunisə köçürmüşdü.
Tahir Şəlvəli
MİA.AZ