İsrail ordusu oktyabrın 9-da əldə olunan atəşkəs anlaşmasına baxmayaraq, Qəzzaya zərbələri dayandırmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün həyata keçirlən hücumda daha 3 nəfər həlak olub.

Qəzzadakı Səhiyyə Nazirliyindən bildirilib ki, İsrail ordusu mülki obyektə zərbə endirib: "Nəticədə 3 nəfər dağıntılar altında qalaraq ölüblər. 4 nəfər isə yaralanıb. Bununla da ölənlərin sayı 69 185-ə çatıb".

Tahir Şəlvəli
MİA.AZ