ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Herzoqa məktub göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, məktubunda korrupsiyada ittiham olunan Baş nazir Binyamin Netanyahunu əfv etməsini xahiş edib.
İsrail mediası məktubunmətnini dərc edərək yazır ki, Tramp naməsində İsrail məhkəmə sisteminin müstəqilliyinə hörmət etdiyini bildirib. Lakin əlavə edib ki, Netanyahuya qarşı məhkəmə prosesləri "siyasi motivli" və "ədalətsiz"dir: "Cənab Herzoq bilirəm ki, mənə böyük hörmət bəsləyirsiniz. Xahişimi nəzərə alacağınıza inanrıam".
İsrail mediası qeyd edir ki, ölkə başçısı Trampa cavab olaraq bildirib ki, Netanayhu əfv istəyirsə, ona günahlarını etiraf edən məktubla müraciət etməlidir: "Bundan sonra məsələyə baxılacaq"
Samir Musayev
MİA.AZ