İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılmış cinayət işi çərçivəsində əldə olunan dəlillər əsnasında ana müxalifət partiyası CHP-yə qarşı daha bir həmləyə hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prokurorluq CHP-nin İstanbul şəhər Təşkilatının Sarıyerdə yerləşən Qərargah binasına "əl qoyulması"nı tələb edir.

Məlumata görə, buna səbəb binanın "cinayət yolu ilə əldə edilmiş gəlir"lə satın alınması göstərilib: "Əkrəm İmamoğlu üçün fantastik cəza - 828 ildən 2352 ilə qədər həbs cəzası istəyən prokurorluq Sarıyerin Ayazağa məhəlləsində CHP-yə məxsus binanın müsadirə edilməsini də məhkəmədən tələb edib. Məhkəmə İmamoğlu ilə bağlı yekun qərarında bu məsələyə də qiymət verəcək".

Firudin Səfərli
MİA.AZ