"Fənərbağça" klubunun İdarə Heyətinin üç üzvü istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubun İdarə Heyətinin (İH) "müstəqil kvota"dan olan üzvləri Şenol Şankaya, Alaattin Yavuz Günəş və Can Gebetaş 10 noyabr 2025-ci ildə istefa ərizələrini təqdim ediblər.

Onlar ərizələrində klubun yeni rəhbərliyinə bununla yeni komandasını rahat qurmaq imkanı verdiklərini açıqlayıblar.

Klub istefa ərizələrinin müsbət cavablandırıldığını bəyan edib: "Tezliklə onların yerinə yeni üzvlər təqdim olunacaq..."

Fərid ASLAN
MİA.AZ