Türkiyə yığması 15 noyabrda 2026-cı ilin iyun ayında başlayacaq Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində qonşu Bolqarıstan millisi ilə qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, E qrupunun beşinci oyunu çərçivəsində keçiriləcək oyuna türklər çox ciddi hazırlaşırlar.

Türkiyə Futbol Federasiyasından bildirilib ki, baş məşqçi Vinçenzo Montellanın rəhbərliyi altında Rivadakı bazada komanda dünəndən aktiv məşqlərə başlayıb: "Federasiya prezidenti İbrahim Hacıosmanoğlu, vitse-prezident Fuat Göktaş və İdarə Heyətinin üzvləri milli komandanın oyunçuları ilə bir arada olaraq, onların motivasiyasını ən üst səviyyədə qalmaları üçün öz dəstəklərini verrlər"

Zülfiyyə Mustafayeva
MİA.AZ