İraqdakı Mosul Beynəlxalq Hava Limanına 11 il sonra bu gün ilk dəfə daxili uçuş həyata keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 2014-cü ildə Mosulu ələ keçirən İŞİD terror təşkilatının hücumları səbəbindən Hava limanı o vaxtdan fəaliyyətini dayandırmışdı.
Mosul valisi Əbdülqadir Dahil bildirib ki, İraq Hava Yollarına məxsus təyyarə bu gün ilk dəfə Mosul Beynəlxalq Hava Limanının uçuş-enmə zolağına eniş edib: "Artıq Mosul Hava Limanından bütün İraq əyalətlərinə və dünyanın müxtəlif ölkələrinə uçuşların həyata keçirilməsinin qrafiki hazırlanıb. Hava limanının açılışı şəhərimizə və bölgəyə böyük bir inkişaf fürsəti yaradacaq".
Tahir Şəlvəli
MİA.AZ