Bu gün UEFA Konfrans Liqasında Türkiyənin "Samsunspor" komandası Maltanın "Hamrun Spartans" komandasını qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk komandası 3-cü tur oyununda rəqibini 3 cavabsız qolla məğlub edib - 3-0.
Qolları 18-ci dəqiqədə Holse Emre Kılınç, 58-ci dəqiqədə yenə Emre Kılınç, 77-ci dəqiqədə isə Mouandilmadji vurublar.
Bu qələbə sayəsində türk klubu 9 xal toplayaraq, 36 komanda arasında liderliyə yüksəlib.
Zülfiyyə Mustafayeva
MİA.AZ