"Beşiktaş"ın "Hesap.com Antalyaspor" matçına hazırlıqları davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son turda "fənərbağça"ya uduzduqdan sonra turnir cədvəlindəki mövqeyi sarsılan "Beşiktaş" bu oyuna böyük önəm verir.
Məlumata görə, Baş məşqçi Sergen Yalçın komandasının bu matçda qalib gələrək iki həftəlik qələbəsizlik seriyasına son qoymağı hədəfləyir: "O, bu oyunda qapını Ersin Destanoğluna, müdafiə xəttini isə Gökhan Sazdağ, Rıdvan Yılmaz, Tiago Djalo və Felix Uduokhaiyə tapşııracaq. Vilfred Ndidi bu oyunda yarımmüdafiədə start heyətində yer alacaq. Onunla birgə bu mövqedə Orkun Kökçünün yoxluğunda Sergen Yalçın Kartal Kayra Yılmaz, Demir Ege Tıknaz və Salih Uçan arasında seçim etməli olacaq. Zədəli Rafa Silvanın oyunda iştirak etməsi son anda bəlli olacaq. Cengiz Ünderin hücumun sağ cinahında, Elbilal Turenin isə sol cinahda, mərkəzdə isə hər zamankı kimi Temmi Abraham yerini tutacaq".
Fərid ASLANLI
MİA.AZ