"İnter Mayami"də tər tökən Lionel Messi ABŞ-da verilişdə maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Amerika klubuna transferindən qətiyyən peşman olmadığını, əksinə, çox xoşbəxt olduğunu deyib.

Argentinalı ulduz bildirib ki, "İnter Mayami"də xoşbəxtdir və hələ bir neçə il top qovmaq istəyir:  "Mən inanılmaz bir şəhərdə yaşayıram və ilk gündən burada insanların sevgisi tamam fərqli olub. Mən burada xoşbəxtəm. Buna görə də oynamağa davam etmək istəyirəm. Bu gün əylənmək və oynamağa davam etməyin vaxtıdır".

Xatırladaq ki, 2023-cü ildə "İnter Mayami"yə keçən Lionel Messi Florida komandasında 84 oyunda 74 qol vurub, 36 məhsuldar ötürmə verib.

Fərid ASLAN
MİA.AZ