Bu gün Bakı vaxtı ilə saat 00.00-da UEFA Çempionlar Liqası çərçivəsində "Qalatasaray"la qarşılaşacaq "Ayaks"ın yarımmüdafişəçisi Youri Regeer açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, əvəvlki 3 turda uduzmalarına baxmayaraq, "Qalatasaray"a qarşı layiqli mübarizə aparacaqlarını bildirib:
"Əvvəlki matçlarda eyni tərzdə oynadıq, bu dəfə fərqli tərz və taktika ilə meydanda olacağıq "Qalatasaray"a qarşı sistam dəyişikliklərinə gedəcəyik. Zədədən yeni qayıtdım. İnanıram ki, "Qalatasaray"ı məğlub edəcəyik".
Fərid ASLAN
MİA.AZ