İsrail ordusu Livanın cənubundakı Tir bölgəsini bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Bildirilib ki, bölgədəki Tora və Abbasiya şəhərləri arasında bəzi hədəfləri vurub.

Məlumatda itki ilə bağlı informasiya verilməyib.

İsrail ordusu isə bölgədə hərəkətlənən "Hizbullah" mövqelərini vurduğunu açıqlayıb.

Tahir Şəlvəli
MİA.AZ