HƏMAS Qəzzadakı atəşkəs və əsir mübadiləsi razılaşması çərçivəsində daha bir İsrail girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Təşkilatına (BQXT) təhvil verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.

"Qırmızı Xaç"dan fakt təsdiqlənib. Bildirilib ki, cəsəd  Qəzzadakı "Əl-Kaəssam Tuqayları" tərəfindən təhvil alınaraq, İsrailə təhvil verilib.

İsrail tərəfi də açıqama yayaraq, cəsədin şəxsiyyətini müəyyən etmək üçün tibbi ekspertiza mərkəzinə verildiyini bildirib.

Məlumata görə, Qəzzadakı dağıntılar altında hələ 25 girovun cəsədi qalıb.

Tahir Şəlvəli
MİA.AZ